MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur
MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində "düzülür". Apparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara "cavab verir", siqnallar göndərir (buna "rezonans" deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3-ölçülü təsvirləri yaradır.
MRT daha yaxşı yumşaq toxumaları "görür" (əzələlər, beyin, onurğa sütunu fəqərələri arası disklər, damarlar və s.). MRT orqan və toxumalarda gedən dinamik proseslərin müayinəsində (məsələn, qan dövranı və onun pozulmaları) xüsusilə effektlidir.
Qeyd edək ki, bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır. Alınan təsvir daha aydın və diaqnostik cəhətdən əlverişli sayılır.
⏬Beləliklə, MRT-nın istifadəsi bu kimi pozulmalar zamanı daha effektlidir
- Miqren
- Baş ağrılarında
- Nevroloji xəstəliklərdə
- Beyin şişindən şübhələnilən xəstələrdə
- Epileptik növbə keçirən xəstələrdə
- Göz, qulaq
- Çənə oynağı problemi olan xəstələrdə
- Onurğa problemi
- Disk oynamaları və disk qrıjalarında
- Bel, diz kimi oynaqlar və bağların qiymətləndirilməsində
- Idman yaralanmalarında
- Ürək xəstəliklərində
- Döş və qarın daxili orqan xəstəliklərində
Sümük quruluş xəstəliklərində və s.


