XəstəxanaXəstəxana

02.01.2025Sağlamlıq məqalələri

Qış mövsümündə insanlar soyuqdəymə və qrip xəstəliklərinə daha tez-tez tutulur

Bu xəstəliklərin profilaktikası üçün immun sisteminizi möhkəmləndirin. Təqdim etdiyimiz qədim çay resepti sizə bu işdə kömək edəcək.

Lazım olan məhsullar

  • Yaşıl çay - 2 çay qaşığı
  • Nanə - 10 yarpaq
  • Sürtgəcdən keçirilmiş zəncəfil kökü – 1 çay qaşığı
  • Bal - 1 xörək qaşığı
  • Mixək - 3 dənə
  • Su - 1/2 l
  • 1/2 limonun şirəsi

Yaşıl çay, zəncəfil, mixək və nanə çaydanda çay kimi dəmlənir. 30 dəqiqədən sonra (çay ilıq olmalıdır) çayı süzün, bal və limon əlavə edin. Çayı termosa tökün və gün ərzində ilıq halda için. Bunu hər gün etmək lazımdır.

Belə çay həm xəstəliklərin profilaktikası məqsədi ilə, həm də soyuqdəymə xəstəlikləri zamanı içmək olar.

Çay sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə