Dermatovenerologiya

14.08.2024Sağlamlıq məqalələri

Müalicə gecikdirildikdə varikoz inkişaf edərək, növbəti mərhələlərə

Müalicə gecikdirildikdə varikoz inkişaf edərək, növbəti mərhələlərə keçə bilər. Ayaqda damar partlaması qansızmalarla müşayiət olunur. Çünki varikoz damarların divarları zəif olduğundan qan damar daxilindən ətraf toxumalara sızır. Yüngül travmalar ayaqların göyərməsi ilə nəticələnir.

Vaxtında müalicə aparılmadıqda xəstəlik zamanla ağır forma alır. Tünd-göy rəngli, qıvrılmış dərialtı venalar dəri üzərindən qabarmağa başlayır. Bu əlamətlər ayaqlarda kəskin ağrı və ödemlə müşayiət edilir.

Sadalanan simptomlara tədricən dəridə baş verən dəyişikliklər də qoşulur. Damar genişlənməsinin baş verdiyi nahiyədə əvvəlcə dəri örtüyü quruyur, tündləşir. Onun üzərində tünd-qəhvəyi ləkələr əmələ gəlir. Gecikmiş mərhələlərdə trofiki pozğunluqlar: çətin sağalan yaralar – ekzema, hətta xoraların formalaşması mümkündür.

Bu ağırlaşmaların baş verməməsi üçün cüzi narahatlıqlar yarandıqda həkim-fleboloqa müraciət etmək lazımdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.