Xayanın burulması əsasən yenidoğulmuşlar və həddibuluğa çatmış oğlan
Xayanın burulması əsasən yenidoğulmuşlar və həddibuluğa çatmış oğlan uşaqlarında geniş yayılan, lakin istənilən yaşda müşahidə edilən təxirəsalınmaz uroloji haldır. Xayanın burulması onun tunica vaginalis-ə yaxşı fiksə olunmaması səbəbindən baş verir. Əgər xayanın aşağı qütbünün tunica vaginalis-ə fiksasiyası zəifdirsə və ya yoxdursa, bu halda toxum ciyəsi səviyyəsində xayanın burulması (öz oxu ətrafında fırlanması) baş verir ki, bu da xayaya axan arteriyal qanın azalması və xayadan axan venoz qanın gedişatına obstruksiyanın əmələ gəlməsi səbəbindən xayanın işemiyasına gətirib çıxarır. Xayanın burulması həm spontan (heç bir konkret səbəb olmadan), həm də hər hansı səbəbdən (məs., travma) baş verə bilər.
Belə ki, xayanın burulmasından 0-6 saat müddət keçərsə xayanın həyat qabiliyyətini saxlama ehtimalı 85-95%, 6-12 saat müddət keçərsə 55-85%, 12-24 saat müddət keçərsə 20-80%, 24 saatdan çox müddət keçərsə 5-10%-dır. Digər bir eksperimental araşdırmada xayanın ciyə elementi ətrafında 180 dərəcəlik burulması (yarı) zamanı qan dövranının tam pozulması 3-4 gün ərzində, 360 dərəcə burulma ( tam) zamanı 12-24 saat ərzində, 720 dərəcə burulma (2 qat) zamanı isə 2 saat ərzində qeyd edilmişdir.


