Reflüks hazırda tez-tez rastlanan xəstəliklərdəndir
Reflüks hazırda tez-tez rastlanan xəstəliklərdəndir. Reflüks dedikdə mədə möhtəviyyatının qida borusuna geri atılması başa düşülür. Yəni daha aydın desək, bilirik ki,qida borusu qidanın geriyə deyil, mədəyə daxil etmək funksiyasını daşıyan orqandır. Refleks zamanı isə mədədəki möhtəviyyat qida borusuna geri atılır.
Reflüks xəstəliyinin əsas əlaməti qıcqırmadır. Bu, pasiyentlərin təqribən 80%-də rast gəlinir. Xəstəlik tez-tez gəyirmə (bəzən turş və ya acı tamlı), bəzən isə sinədə ağrı ilə (əsasən də qida qəbulundan sonra), gecələr çox miqdarda tüpürcək ifrazı ilə özünü göstərir.
Günə bir-iki reflüks normal sayılır. Lakin reflüks müntəzəm olaraq özünü göstərirsə, artıq söhbət ciddi patologiyadan gedir.
Reflüks xəstəliyinin yaranmasına bir sıra faktorlar səbəb ola bilər
- Mədənin xora xəstəliyi və ya qastrit;
- Diafraqmanın qida borusu hissəsinin yırtığı;
Aşağı qida borusu sfinkterinin tonusunu aşağı salan preparatların qəbulu.
Tütün istifadəsi;
Hamiləlik;
İnfeksion xəstəliklər;
Mədə şişləri;
Xroniki pankreatit və ya xolesistit;
Spirtli içkilər və s.
Qeyd etdiyimizkimi reflüks xəstəliyini şiddətləndirən səbəblər də mövcuddur. Məsələn sıx kəmər, dar şalvar, dar ətək geyərək vücudu sıxmayın. Dar geyimlərin reflüksü şiddətləndirdiyi məlumdur. Acı yeməklə, şirniyyatlar, bol yağlı qidalar, siqaret, sodalı içkilər də reflüksü şiddətləndirir.

