Travmatologiya və ortopediya

27.08.2024Sağlamlıq məqalələri

Oynaqların endoprotezləşdirilməsi: bu normal oynağın forması və

Oynaqların endoprotezləşdirilməsi: bu normal oynağın forması və funksiyasını əvəz edən bir üsuldur.

Çox vaxt endoprotezləşmə hərəkəti məhdudlaşmış oynağın funksiyasını bərpa etmək və ağrını aradan qaldırmaq üçün yeganə çıxış yoludur. Artıq əməliyyatdan 1-2 ay sonra pasient əvvəlki aktiv həyat tərzinə qayıda bilir.

Müasir endoprotezlər demək olar ki, ömürlükdürlər. Protezlər 15-20, hətta 30 il öz normal fəaliyyətlərini saxlaya bilirlər, lazım gəldikdə isə onları yenidən dəyişmək olur. Endoprotezləşmə əməliyyatı müxtəlif xəstəliklər nəticəsində oynaqların funksiyasını itirmiş pasientlərdə aparılır.

Bunlara aşağıdakılar aiddir

Oynağın degenerativ-distrofik xəstəlikləri (deformasiyedici artroz və ya osteartroz).

Oynaqların zədələnməsi ilə gedən Bexterev xəstəliyi

Posttravmatik artroz ( travmadan sonra baş verən artroz)

Bud sümüyü başı və bud kondilusunun aseptik nekrozu

Oynaq nahiyəsində düzgün bitişməyən sınıqlar

Sınıqlardan sonra yaranan yalançı oynaqlar

Anadangəlmə anomaliyalar nəticəsində meydana çıxan artrozlar (oynaqların hipoplaziya və displaziyası), oynaq çuxuru və bud boynunun sınığı.

Digər mənşəli artrozlar ( iltihab, podaqra və psoriaz nəticəsində meydana çıxan artrozlar)

Oynağın endoprotezləşməsi tam və natamam ola bilər. Natamam endoprotezləşmə oynağın bir hissəsinin dəyişdirilməsidir. Bu, başqa cür birqütblü də adlanır. Tam və ya total endoprotez dedikdə oynağın tamamilə protezlə dəyişidirilməsi nəzərdə tutulur. Əməliyyatdan əvvəl pasientin vəziyyəti, xəstəliyin növu və mərhələsindən asılı olaraq protezin növü təyin olunur.

Qeyd edək ki, oynaqların endopretezləşdirmə əməliyyatları xəstəxanamızda uğurla icra edilir və oynaqlar 100% funksiyasını bərpa etmiş olurlar.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.