Travmatologiya və ortopediya

27.04.2024Tədbirlər və layihələr

“Səhiyyə Sisteminin Transformasiyası Çərçivəsində Əczaçılıq

“Səhiyyə Sisteminin Transformasiyası Çərçivəsində Əczaçılıq Sektorunun Rəqəmsallaşdırması” layihəsinə keçidlə bağlı Gəncə Beynəlxalq Xəstəxanasının baş həkimi Dr.Tural Əfəndiyev tərəfindən “Elektron Resept” sistemi ilə bağlı reseptlə işləyən həkimlərimizə maarifləndirici təqdimat keçirilib.

Qeyd edək ki, elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədilə hazırlanan bir sistemdir. Eyni zamanda, vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.