XəstəxanaXəstəxana

17.10.2025Tədbirlər və layihələr

Gəncə Dünya Məktəbinin şagirdləri Gəncə Beynəlxalq Xəstəxanasında

Gəncə Dünya Məktəbinin şagirdləri Gəncə Beynəlxalq Xəstəxanasında könüllü kimi fəaliyyət göstərərək müxtəlif müayinələr, tibbi prosedurlar və xidmətlərlə yaxından tanış oldular. Bu təşəbbüs onların tibbi biliklərini artırmaqla yanaşı, gələcəkdə tibb sahəsinə maraq və həvəsini gücləndirməyə xidmət edir.

Gənclərin inkişafına, peşə yönümünə və gələcək karyera seçimlərinə dəstək vermək bizim əsas məqsədlərimizdən biridir. Bizim sevimli və fəal şagirdlərimiz bu layihədə böyük maraq və həvəs göstərərək tibbi sahə ilə yaxından tanış oldular.

Sonda isə könüllü fəaliyyətlərinə görə onlar sertifikatla təltif olundular.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.