Dəyərli və əziz, gözəl səsli Xalq artisti, Prezidentin fərdi
Dəyərli və əziz, gözəl səsli Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Şahnaz xanım Haşımova Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olunub. Əməliyyat uğurla həyata keçirilib, hazırda səhhəti yaxşıdır.
Bizi mahnıları ilə sevindirən, sənəti və səsi ilə hər zaman qəlblərimizdə xüsusi yer tutan Şahnaz xanımın sağlamlığına diqqət göstərmək bizim üçün çox xoşdur.
Gəncə Beynəlxalq Xəstəxanası kollektivi Şahnaz xanıma möhkəm can sağlığı, uzun ömür və gələcək yaradıcılığında bol-bol uğurlar arzulayır.

