Gəncədə çox yoğun keçən iki günün ardından Bakıya döndük
Gəncədə çox yoğun keçən iki günün ardından Bakıya döndük.
Biz da artıq dördüncü ildir çalışırıq
Bu illərdə Gəncəbasarda aritmiya və ürəkçatışmazlığından əziyyət çəkən çox ürəklərə toxunmuşuq. Ayda onlarla insana ürəkdaxili cihaz taxıb, onlarla insana da ablasiya əməliyyatı icra etmişik
Qürurla deyə bilərik ki Aritmologiyanın əsasını və inkişafını orada bizim bölüm qoyub.
Hər dəfəsində çalışırıq daha çox insana faydamız toxunsun. Gələcək planlarımız var, yeni növ əməliyyatlar düşünürük, əminəm ki öhdəsindən gələcəyik
Bu işdə təbii ki ən böyük dəstəkçim mənim komandamdır. Onlara güvənirəm, onlarla güclüyəm
Və təbii ki bizə gözəl işlər görməyə dəstək verən GBX müdiriyyəti. GBX- Regionda ən gözəl, ən böyük, ən çox profilli xəstəxana olmaqla yanaşı, həm də işçisinə dəyər verən, dəstək verən bir müəssisədir


