RadiologiyaRadiologiya

28.11.2025Sağlamlıq məqalələri

Ginekoloji ultrasəs müayinəsi qadın sağlamlığının

Ginekoloji ultrasəs müayinəsi qadın sağlamlığının qiymətləndirilməsində ən vacib diaqnostik üsullardan biridir.

Müxtəlif USM növləri həkimə reproduktiv orqanları daha dəqiq görməyə və düzgün planlama aparmağa kömək edir.

Ginekoloji USM növləri

Transabdominal USM - Qarın üzərindən aparılır, ümumi görüntünün qiymətləndirilməsi üçün istifadə olunur.

Transvaginal USM - Daha detallı və dəqiq görüntü imkanı yaradır; yumurtalıqlar, uşaqlıq və endometriumun qiymətləndirilməsində əsas üsuldur.

Folikulometriya - Hamiləlik planlayan xanımlarda yumurtlamanın izlənməsi üçün tətbiq olunur.

Hamiləlik USM-i - Erkən hamiləliyin təsdiqi, dölün inkişafı və sağlamlığının izlənməsi üçün.

Rəngli Doppler USM - Qan dövranının qiymətləndirilməsi, kist və ya şiş ehtimallarının araşdırılmasında istifadə olunur.

Daimi və vaxtında aparılan USM müayinələri qadın sağlamlığının qorunması üçün vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.