3 Dekabr – Beynəlxalq Əlillər Günü Kiçik ürəklərin sağlamlığı üçün bu
3 Dekabr – Beynəlxalq Əlillər Günü
Kiçik ürəklərin sağlamlığı üçün bu gün bir araya gəldik. Pediatr, uşaq kardioloqu, LOR, ortoped-travmatoloq, stomatoloq müayinələri, həmçinin EKG, kardioloji USM, tam qarın boşluğu USM və s xidmətləri ilə 40-dan çox xüsusi qayğıya ehtiyacı olan uşaq müayinədən keçdi.
Bu günün ən dəyərli tərəfi uşaqların rahatlığı, valideynlərin bir anlıq da olsa içinin arxayın olması və hər kəsin üzündəki sevinc idi. Onların sağlamlığını qorumaq üçün atılan hər kiçik addımın nə qədər böyük əhəmiyyət daşıdığını bir daha hiss etdik.
Hər bir uşaq diqqətə, anlayışa və qayğıya layiqdir.
Bu gün birlikdə onların həyatına bir az daha işıq qatmağa çalışdıq.

