RadiologiyaRadiologiya

08.01.2025Sağlamlıq məqalələri

Halluks Valgus(Hallux Valgus) ayaq baş barmağın digər barmaqlara

Halluks Valgus(Hallux Valgus) ayaq baş barmağın digər barmaqlara doğru əyilməsidir. Bu deformasiya qadınlarda daha çox görülür.

Deformasiyanın inkişafının əsas səbəbi, adətən, birləşdirici toxumanın yetərsizliyidir. Bu, köndələn yastıpəncəlik, oynağın həddən artıq hərəkətliliyi, varikoz xəstəliyi; bağ, fassiya və dərinin çox dartılması nəticəsində meydana çıxa bilər. İrsi meyillik– bir qayda olaraq, xəstənin yaxın qohumlarında (ana və ya nənə) da bənzər deformasiya aşkar olunur.

Digər faktorlar: hündürdaban ayaqqabılar; narahat, dar və ya kiçik ölçülü ayaqqabılar geyinmək ikincili amillərdir və Halluks valqusun formalaşmasına təkan verir. Halluks valqusun ikinci qrup səbəbləri – anadangəlmə deformasiyalar, pəncənin travmaları, baldır və pəncə əzələlərinin sinir təchizatının pozulması ilə müşahidə olunan bir sıra xəstəliklərdir (məs., poliomielit).

Xəstələrdə ən çox rast gəlinən və şikayət edilən simptom, baş barmağın kökünün ayaqqabının kənarına sürtünməsidir və bu səbəbdən yaranan ağrı və şişkinlikdir. Sürtünmə nəticəsində şişlik artır, şişlik artdıqca daha çox sürtünmə olur.

Halluks valqus diaqnozu simptomlar və rentgenoloji müayinənin nəticələrinə əsasən qoyulur. Ayağın rentgenoqrafiyası aparılır.

Halluks valqusu cərrahi əməliyyatsız aradan qaldırmaq mümkün deyil. Lakin cavan qadınlarda xəstəliyin erkən mərhələsində, həmçinin yaşlı pasientlərdə deformasiyanın istənilən dərəcəsində konservativ müalicə tövsiyyə olunur. Belə müalicənin əsas məqsədi ağrı sindromunun dəf edilməsi və xəstəliyin proqressivləşməsinin qarşısının alınmasıdır. Profilaktik və ya cərrahi müalicəyə Hallux Valgus əmələ gəlməsi dərəcəsinə görə qərar verilir.

Qeyd edək ki, bütün cərrahi müdaxilələr travmatoloji və ya ortopedi şöbələrdə həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.