Ginekologiya

03.01.2025Sağlamlıq məqalələri

Xlamidioz ən geniş yayılmış və qadınlarda sonsuzluğun ən çox rast

Qadınlarda xlamidioz əksər hallarda əlamətsiz, yaxud xəstənin özünü şübhələndirməyəcək dərəcədə zəif kliniki əlamətlərlə keçir. Ona görə də qadınlarda əsasən təsadüfi müayinə zamanı aşkarlanır.

Qadınlarda xlamidiozun ilk simptomları yoluxmadan bir həftə sonra yarana bilir

  • Uşaqlıq yolundan xoşagəlməz qoxulu ifrazatlar (sarı, yaşıl, şəffaf)
  • Ağrı, yandırma, qaşınma
  • Qadın cinsiyyət yollarında qızartı, eroziya

Qarının aşağısında ağrılar və s.

Əsasən əlamətsiz irəlilədiyi üçün qadınlarda xlamidiyanın aşağıdakı ağırlaşmalarına daha çox rast gəlinir:

Hər iki yaxud bir uşaqlıq borusunun bağlanması

Qadın sonsuzluğu

Boru hamiləliyi

Hamiləliyin inkişafdan qalması

Döldə yarana biləcək qüsurlar

Ümumi çanaq orqanlarının müalicəyə çətin tabe olan iltihabı prosesi

Xlamidiozun müalicəsi əsasən antibiotiklərlə aparılır.

Qeyd edək ki, qadınlarda xlamidiozun ilk simptomları yoluxmadan bir həftə sonra artıq yarana bilir.

Əziz xanımlar, əgər siz də belə bir problem yaşayırsınızsa həkim ginekoloqa müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.