7 oktyabr 2026-cı il tarixində Gəncə Heydər Əliyev Mərkəzində
7 oktyabr 2026-cı il tarixində Gəncə Heydər Əliyev Mərkəzində keçirilən “Yaşıl Gəncə Platforması” Forumunda Gəncə Beynəlxalq Xəstəxanasının baş həkimi hörmətli Dr.Tural Əfəndiyev iştirak edib.
Forumun rəsmi açılış hissəsində çıxış edən Tural Əfəndiyev iqlim dəyişmələrinin insan sağlamlığına təsiri, ətraf mühit amillərinin sağlamlıq üçün yaratdığı risklər və bu təsirlərin azaldılması yolları barədə fikirlərini bölüşüb.
Çıxışda ətraf mühitin qorunması, sağlam həyat tərzinin təşviqi, profilaktik tədbirlər və ekoloji maarifləndirmənin insan sağlamlığının qorunmasındakı əhəmiyyəti vurğulanıb. İqlim dəyişmələrinin yaratdığı çağırışlara qarşı cəmiyyətin məlumatlılığının artırılmasının və sağlamlıq yönümlü yanaşmaların təşviqinin vacibliyi qeyd edilib.
Gəncə Beynəlxalq Xəstəxanası insan sağlamlığının qorunmasına, sağlam həyat tərzinin təşviqinə və ictimai maarifləndirməyə yönələn təşəbbüsləri dəstəkləyir.

