Bəzən bir həkim seçimi, ömür boyu xatırlanacaq ən gözəl hekayənin
Bəzən bir həkim seçimi, ömür boyu xatırlanacaq ən gözəl hekayənin başlanğıcı olur...
Bu balaca mələk hələ ana bətnində olarkən, 9 ay boyunca Gəncə Beynəlxalq Xəstəxanasında hamiləlik təqibində olub. Bu gün isə sağlam böyüməsinin sevincini onu ilk günlərindən izləyən həkimi ilə bölüşür.
Hamiləlik yalnız müayinələrdən ibarət deyil. Bu dövr gələcək ananın özünü güvəndə hiss etdiyi, hər sualına cavab aldığı və sağlam körpəsini əminliklə qucağına almağa hazırlaşdığı xüsusi bir yolçuluqdur.
Məhz buna görə də hamiləlik təqibində həkim seçimi böyük əhəmiyyət daşıyır. Müntəzəm nəzarət, düzgün tibbi yanaşma və pasiyentlə qurulan etibarlı ünsiyyət həm ana, həm də körpənin sağlamlığı üçün mühüm rol oynayır.
Belə xoş görüşlər bizim üçün yalnız bir şəkil deyil, görülən işin ən dəyərli nəticəsidir.
