Əməliyyatdan əvvəl qida və maye qəbulunun məhdudlaşdırılması
Əməliyyatdan əvvəl qida və maye qəbulunun məhdudlaşdırılması anestezioloji təhlükəsizliyin əsas prinsiplərindən biridir.
Ümumi anesteziya zamanı udma və öskürək kimi qoruyucu reflekslər müvəqqəti olaraq zəifləyir. Bu səbəbdən mədədə qalan qida və ya maye mədə möhtəviyyatının nəfəs yollarına keçməsinə (pulmonar aspirasiya) səbəb ola bilər. Aspirasiya isə tənəffüs yollarının tutulması, aspirasion pnevmoniya, kəskin tənəffüs çatışmazlığı və digər ciddi ağırlaşmalarla nəticələnə bilər.
Bu risklərin minimuma endirilməsi məqsədilə planlı əməliyyatlar öncəsi pasiyentlərə qida və maye qəbulunu dayandırmaları tövsiyə olunur. Anestezioloqun verdiyi göstərişlərə tam riayət edilməsi təhlükəsiz anesteziyanın və uğurlu cərrahi müdaxilənin vacib şərtlərindən biridir.
Unutmayın! Əməliyyata düzgün hazırlıq əməliyyatın təhlükəsizliyinin və uğurlu nəticəsinin ayrılmaz hissəsidir.

