İnvaziv kardiologiyaİnvaziv kardiologiya

01.05.2026Xidmət və avadanlıq

Koronar arteriyalarda aterosklerotik lövhələrin (plakların) yaranması

Koronar arteriyalarda aterosklerotik lövhələrin (plakların) yaranması damar mənfəzinin daralmasına və miokardın perfuziyasının azalmasına səbəb olur. Bu vəziyyət klinik olaraq stenokardiya və ya kəskin koronar sindrom kimi özünü göstərə bilər.

Belə hallarda tətbiq olunan perkutan koronar müdaxilə (PKM) - yəni angioqrafiya və stent implantasiyası- daralmış damar sahəsində qan axınının bərpasına yönəlmiş effektiv müalicə üsuludur.

Hansı hallarda stent qoyulur?

Stabil və ya qeyri-stabil stenokardiya (sinə ağrıları)

Kəskin koronar sindrom (infarkt daxil olmaqla)

Koronar arteriyalarda kritik daralma (>70%)

Dərman müalicəsinə baxmayaraq davam edən simptomlar

Ürək əzələsinin qanla təminatının ciddi pozulması

Prosedurun gedişi

Pasiyent həkim-kardioloq tərəfindən müayinə olunur və tibbi göstəriş əsasında yönləndirilir

Lokal anesteziya altında bilək (radial) və ya qasıq (femoral) arteriyasından giriş əldə olunur

Kateter vasitəsilə koronar damarlar vizuallaşdırılır (angioqrafiya)

Daralmış nahiyədə balon angioplastika aparılır

Ardınca həmin sahəyə stent implantasiya edilərək damar mənfəzi açıq saxlanılır

Stent damar divarını mexaniki olaraq dəstəkləyir, koronar qan axınını bərpa edir və miokardın oksigenlə təminatını yaxşılaşdırır. Müasir dərman örtüklü stentlər (DES) neointimal proliferasiyanı azaldaraq restenoz riskini minimuma endirir.

Bu xidmət icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçirilir və pasiyentlər prosedurdan yararlanmaq üçün dövlət tibb müəssisəsinə müraciət edərək ixtisaslaşmış həkim müayinəsindən keçməli və xəstəxanamıza rəsmi tibbi göndəriş almalıdırlar.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.