26.01.2026Sağlamlıq məqalələri

Uroloji müayinələr sağlamlığın “görünməyən” problemlərini erkən aşkar etməyə kömək edir

Uroloji müayinələr sağlamlığın “görünməyən” problemlərini erkən aşkar etməyə kömək edir. Vaxtında yoxlama ilə prostat, böyrək daşları, infeksiyalar və digər ciddi xəstəliklərə qarşı önləyici addım atmaq mümkündür.

Prostat müayinəsi 40 yaşdan yuxarı kişilər üçün çox vacibdir. PSA analizi və ultrasəs vasitəsilə prostatın böyüməsi, iltihabı və riskli dəyişikliklər erkən mərhələdə müəyyən edilir.

Böyrək və sidik yollarının USM böyrək daşları, kistalar və iltihabi proseslərin aşkarlanmasında əsas müayinədir.

Sidik analizi və infeksiya skrininqi sidik yolları infeksiyaları, gizli iltihablar və metabolik pozğunluqların ilkin diaqnostikasında əvəzsizdir.

Uroflowmetriya sidik axınının sürətini və həcmini ölçərək prostat və sidik kisəsi problemlərinin funksional qiymətləndirilməsini təmin edir.

Kişi sonsuzluğu üçün müayinə sperma analizi, hormonal yoxlamalar və fiziki müayinə vasitəsilə reproduktiv sağlamlığı qiymətləndirir.

Cinsi yolla keçən infeksiyaların müayinəsi isə gizli infeksiyaların aşkarlanması və fəsadların qarşısının alınması üçün çox önəmlidir.

Müntəzəm uroloji müayinə sağlamlığın qorunmasının əsas şərtidir. Profilaktika ciddi problemlərin qarşısını vaxtında alır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə