Otorinolarinqologiya (LOR)

27.01.2026Sağlamlıq məqalələri

Uşaqların sağlam böyüməsi və inkişafının izlənməsi üçün mütəmadi

Uşaqların sağlam böyüməsi və inkişafının izlənməsi üçün mütəmadi tibbi müayinələr çox vacibdir. Erkən diaqnostika bir çox xəstəliklərin qarşısını almağa və vaxtında müdaxiləyə imkan yaradır.

Uşaqlar üçün əsas müayinələrə daxildir

  • Pediatr müayinəsi – boy, çəki, ümumi inkişaf və immun vəziyyətinin qiymətləndirilməsi
  • Qan analizi (ÜQA) – anemiya, iltihabi proseslər və infeksiyaların aşkarlanması
  • Sidik analizi – böyrək və sidik yolları problemlərinin erkən diaqnozu

USM (ultrasəs müayinəsi) – qarın boşluğu, böyrəklər, qalxanabənzər vəz və digər orqanların yoxlanılması

Kardioloji müayinə (EKQ) – ürək ritmi və funksiyasının dəyərləndirilməsi

Göz müayinəsi – görmə zəifliyi və refraksiya qüsurlarının aşkarlanması

LOR müayinəsi – qulaq, burun və boğaz xəstəliklərinin yoxlanılması

Nevroloji müayinə – sinir sistemi və psixomotor inkişafın qiymətləndirilməsi

Peyvəndlərə nəzarət – yaşa uyğun immunizasiyanın izlənməsi və s.

Müayinələr uşağın yaşına, şikayətlərinə və risk faktorlarına uyğun olaraq həkim tərəfindən təyin edilir. Profilaktik müayinələr sağlam gələcəyin əsasını qoyur.

Bütün bu müayinələri Gəncə Beynəlxalq Xəstəxanasında müasir tibbi avadanlıqlarla və ixtisaslı həkimlər tərəfindən təhlükəsiz və rahat şəkildə keçə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.