Alça A, K və C vitaminləri ilə zəngindir
Alça A, K və C vitaminləri ilə zəngindir. Kalorisinin aşağı olması (100 qr. təqribən 45 kalori) alça pəhriz qidalarından sayılır.
Alça antioksidantla zəngindir. Tərkibindəki C vitamini qidaların tərkibindəki dəmirin bədən tərəfindən əmilməsinə yardım edir. Dəmir çatışmazlığının aritmiya, uşaqlarda gec inkişafa səbəb olduğundan C vitaminin vacibliyini bir daha vurğulamaq vacibdir.
Alçanln tərkibindəki C vitamini xolesterinin səviyyəsini nəzarət altında qorumağa kömək olur. Alçadakı aşağı qlisemik indeks dəyəri qan şəkərinə mənfi təsir göstərmir. Ona görə də tip 2 şəkər xəstələrinə tövsiyə edilir.
Bir çox faydaları olmasına baxmayaraq həddən çox yeyildikdə böyrəkdə daşı yaranmasına səbəb ola bilər.


