Endokrinologiya

15.05.2017Sağlamlıq məqalələri

Hipertiroidizm tiroid vəzindən ehtiyac olduğundan daha çox tiroid

Hipertiroidizm tiroid vəzindən ehtiyac olduğundan daha çox tiroid hormonu (T4 və T3) ifraz olunması ilə meydana gələn xəstəlikdir.

Xəstəliyin səbəbləri

Graves xəstəliyi

Toksiki düyünlü guatr (zəhərli zob)

Tiroidit

Həddən çox yod qəbulu

Həddən çox tiroid hormonu qəbulu

Graves xəstəliyi tiroid vəzinin normadan artıq çalışmasına səbəb olan auto immun xəstəlikdir. Bu xəstələrdə tiroid vəzi boğazda hiss olunacaq qədər böyüyür, gözlər bərəlir. Hipertiroidizmdən əziyyət çəkən insanların böyük əksəriyyəti Graves xəstələridir.

Hipertiroidizm xəstələrində aşağıdakı əlamətlər özünü büruzə verir

  • Guatr (tiroid vəzinin böyüməsi)
  • Arıqlamaq
  • Saçların tökülməsi
  • Əllərin titrəməsi
  • Yuxu pozğunluğu
  • Bağırsaq problemləri (diareya)
  • Əsəbilik
  • Aybaşı pozğunluğu
  • Sümük əriməsi
  • Kişilərdə sinə böyüməsi
  • Tərləmə

Xəstəliyin diaqnozu qanda tiroid hormonları və TSH-ın (tiroid stimullaşdırıcı hormon) səviyyəsinə görə qoyulur. Əgər tiroid hormonu yüksək, TSH isə aşağıdırsa hipertiroidizm xəstəliyi diaqnozu qoyulur.

Xəstəlik dərman, radioaktiv yod və cərrahi üsulla müalicə edilir.

Hipertiroidizm müalicə edilməzsə, xəstə arıqlamaqda davam edər, aritmiya yaranar, ürək çatışmazlığı ilə tiroid şoku və ölüm ilə nəticələnə bilər.

Hipertiroidizmdən əziyyət çəkən xəstələr yodlu qidalardan istifadə etməməli, siqaret çəkməməlidirlər, hər hansı dəyişiklik zamanı həkimə müraciət edilməlidir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.