Anesteziologiya və reanimasiya

20.02.2017Sağlamlıq məqalələri

Anus içindəki damarlar daxilində müxtəlif səbəblərdən təzyiq artır

Anus içindəki damarlar daxilində müxtəlif səbəblərdən təzyiq artır. Damar artmış təzyiqi normallaşdırmaq üçün genişlənir və anusdan xaricə çıxır. Bu damar yumaqları qırmızı-göy rəngdə olur və hemoroid (babasil) adlanır. Hemoroid tez-tez qanayır. Qanaxma bu damarların dəlinməsi nəticəsində yaranır.

Hemoroid internal (daxili hemoroid) və external (xarici hemoroid) olmaqla iki yerə ayrılır.

Əlamətləri aşağıda qeyd olunanlardır

  • Qanaxma
  • Ağrı
  • Anusda şişkinlik
  • Qaşınma

Hemoroidin (babasil) inkişaf və ağırlaşmasına görə dörd dərəcəsi vardır.

Müalicəsi bir çox üsulla aparılır. Əvvəllər əməliyyatdan sonra bir çox şikayətlər yaşanırdı. Buna əsaslanaraq xəstə tərəfindən cərrahi müalicə gecikdirilirdi.

Müasir dövrdə hemoroidin əməliyyatsız müalicə üsulu “band liqasiya” adlanır. Anal kanal içərisindən bir vakuum cihazı vasitəsi ilə hemoroid yumağına bir bağ bağlanır. Qan dövranı pozulduğu üçün həmin hemoroid yumağı çürüyərək düşür. Prosedurun həyata keçirildiyi yerdə hissiyyat siniri olmadığı üçün anesteziyaya ehtiyac qalmır. Müalicədən sonra normal həyatınıza geri qayıtmaq mümkündür. “Band liqasiya” əməliyyatsız müalicə üsulunun bir çox üstünlüyü vardır:

Xəstə prosedurdan sonra normal həyatına davam edə bilər.

Əməliyyat stressi yoxdur.

Prosedur qansızdır.

Anesteziyasız edilir.

Prosedur qısa zamanda yekunlaşır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.