Astma tənəffüs yollarının selikli qişasının xronik allergik iltihabı
Astma tənəffüs yollarının selikli qişasının xronik allergik iltihabı nəticəsində əmələ gələn bronxların hiperreaktivliyi və residiv verən bronxospazmlarla xarakterizə olunur. Bütün yaş qruplarında görülə bilsə də, daha çox uşaqlarda rast gəlinən tənəffüs yollarının xroniki xəstəliyidir.
Sənayeləşmiş ölkələrdə daha çox rast gəlinir. Ümumiyyətlə dünya əhalisinin 5 faizindən çoxu bu xəstəlikdən əziyyət çəkir.
Kliniki olaraq allergik astma və qeyri allergik astma növlərinə ayrılır.
Astmanı yaradan risk faktorları özləri meyil yaradan və səbəbkar faktor olaraq 2 yerə bölünür.
Meyil yaradan
- Genetik
- Atopiya
- Bronx hiperreaktivliyi
- Cinsiyyət
Səbəbkar faktorlar
Allergenlər: məişət allergenləri, heyvan mənşəli, göbələk allergenləri, tozcuq allergenləri və s
Respirator infeksiyalar
Qida maddələri
Dərman preparatları
Qida əlavələri
Kimyəvi maddələr
Hamiləliyin patoloji gedişi
Yarımçıqdoğulma
Erkən yaşlarda atopik dermatit
Passiv və ya aktiv siqaret tüstüsünə məruz qalma
Hava kirliliyi
Piylənmə
Əlamətlər
- öskürək tutmaları, xüsüsən quru öskürək
- Residivləşən fitli xırıltılar
- Döş qəfəsində təkrarlanan sıxılma hissi
Ağırlığına görə astmanın 4 dərəcəsi var.
Anamnez, fiziki müayinə, laborator müayinə, dəri allergik testlər, bronx provakasion testlər, spirometriya sayəsində diaqnoz qoyulur, uyğun şəkildə müalicə edilir.
Bu simptomlar gecə vaxtı, allergenlərlə təmasdan sonra, tütün tüstüsü, kimyəvi aerozollara məruz qaldıqda, heyvanlarla təmasda, ətraf mühitin temperaturunun artıb azalması ilə, fiziki gərginliklə, dərman preparatlarının qəbulu zamanı, tənəffüs yollarının infeksion xəstəliklərində, güclü emosional gərginlik keçirildiyi zaman başlayır və ya artırsa artıq astmadan şübhələnib həkim Allerqoloqa müraciət etməyiniz vacibdir.

