Kardiologiya

04.03.2017Sağlamlıq məqalələri

Tərkibində antioksidant və kofein olan çay insan orqanizminə

Tərkibində antioksidant və kofein olan çay insan orqanizminə faydalıdır. Belə ki, 2009-cu ildə aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, gün ərzində 3-4 fincan çay insanların, gündə 1 fincan çay içənlərlə müqayisədə 21 % az infarkt olma ehtimalı vardır. Çay “pis” xolesterin kimi tanınan LDL-in qandakı səviyyəsini 11 % azalda bilir. Bundan əlavə, çaydakı polifenol və kateşinlər xərçəng riskini də azaltmış olur. Çay həm də ağız boşluğu sağlamlığı üçün çox faydalıdır.

Çay stressi azaldır, immun sistemini gücləndirir, həzm sisteminə yardım edir. Tərkibində tein olduğu üçün qan dövranının yaxşılaşdırır, beynin funksiyalarını da gücləndirir.

Anemiyadan əziyyət çəkən insanların çox çay içmələri məsləhət görülmür.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.