Qasıq yırtığı ən çox rastlanılan yırtıq növlərindən biridir
Qasıq yırtığı ən çox rastlanılan yırtıq növlərindən biridir. Bütün yırtıqların 90%-ni qasıq nahiyəsindəki yırtıqlar təşkil edir. Bu yırtıqların böyük əksəriyyəti kişilərdə olur.
Qasıq yırtıqları 2 qrupa ayrılır: - Qasıq (inguinal) yırtıqları
Bud (femoral) yırtıqları
Qasıq yırtıqları da 2 yerə ayrılır
- Çəp qasıq yırtıqları
- Düz qasıq yırtıqları
Qasıq yırtıqlarının arasında ən çox rastlanılan çəp qasıq yırtıqlardır. Yırtığın özünü büruzə verdiyi yer qasıq kanalının özüdür. Bu kanal anadangəlmə vardır. Doğuşdan sonra bu kanal bağlanmazsa, və ya bağlandıqdan sonra yenidən açılarsa, yırtığa səbəb olur. Düz qasıq yırtıqlarına daha çox uşaqlarda və gənclərdə rast gəlinir.
Düz yırtıqlar əzələ yırtılması nəticəsində yaranır, əsasən idmançılar və yaşlı insanlarda olur. Bud (femoral) yırtıqları yenə anadangəlmə olan femoral kanalda olur, qadınlarda yaranır.
Qasıq yırtıqları açıq və ya qapalı cərrahi üsulla müalicə edilir. Açıq əməliyyatla düz və çəp qasıq yırtıqları bərpa edilir. Ancaq qapalı əməliyyat hər üç növ yırtığın müalicəsində ən əlverişli üsuldur.

