Xolesterin bədəndəki hüceyrələrdə olan yağabənzər bir maddədir
Xolesterin bədəndəki hüceyrələrdə olan yağabənzər bir maddədir. Xolesterinin qanda həddən çox olması zərərlidir. Xolesterin qaraciyərdə yaranmaqla yanaşı, ona ola ehtiyac qidalar vasitəsilə də ödənilir. Ət, süd məhsulları, yumurta kimi qidalarda xolesterin vardır, meyvə, tərəvəz və taxıl bitkilərinin tərkibinə xolesterin yoxdur.
Qanda xolesterin səviyyəsinin yüksək olması ürək-damar xəstəliyi ehtimalını çoxaldır.
Xolesterin qaraciyərdən hüceyrələrə və hüceyrələrdən təkrarən qaraciyərə qan vasitəsi ilə daşınır. Xolesterinin iki növü vardır:
LDL (Low Density Lipoprotein) – “pis” xolesterin olaraq bilinir.
HDL (High Density Lipoprotein)- “yaxşı” xolesterin olaraq bilinir.
LDL qandakı xolesterini daşıyan lipoproteindir. Onun səviyyəsi yüksək olduğu zaman qan damarlarının divarlarına yapışıb orada təbəqə yaradır. Nəticədə damar daralır və tıxanıqlığa səbəb olur.
HDL qandakı xolesterinin digər qismini daşıyan lipoproteindir. HDL yağabənzər maddələrin qan damarlarının divarına yapışaraq təbəqə yaratmasının qarşısını alır. Türk Kardioloji Cəmiyyətinin apardığı araşdırmalara əsasən insanlarda HDL-in səviyyəsi aşağı olduğuna görə ürək-damar xəstəlikləri yaranır. Siqaret çəkmək və artıq çəki qanda HDL-in səviyyəsinin aşağı düşməsinə, mütəmadi idman etmək, sağlam qidalanmaq isə yüksəlməsinə şərait yaradır.

