PediatriyaPediatriya

04.05.2017Sağlamlıq məqalələri

Hiperaktivlik - uşağın daxilindən gələn instinktləri idarə edə

Hiperaktivlik - uşağın daxilindən gələn instinktləri idarə edə bilməməsi, diqqət dağınıqlığı ilə normadan artıq hərəkətlilikdir. Hiperaktivlik –adından göründüyü kimi, aktivdən daha aktiv, 2 qat aktivlik deməkdir. Hiperaktiv uşaqlar başqa uşaqlara nisbətən daha aktiv olurlar.

Hiperaktivlik deyiləndə ilk ağıla gələn çox hərəkətli, bir yerdə durmayan və tələskən olan uşaqlardır. Hiperaktivlik qavrama problemi yaratmasa da, öyrənmək üçün problemlər yarada bilər.

Hiperaktivlik ana bətnində olan zamandan başlayır. USM müayinəsi zamanı çevrilən, tez-tez təpikləyən uşaqlar buna misaldır. Doğulduqdan sonra çətin yatma, çox ağlama, çətin yuxuya getmə hiperaktiv uşaqlarda çox rast gəlinir. Yeriməyə başlayanda bir yerdə durmaz, tez-tez yıxılıb-qalxar, valideynlərini, baxıcısını arxasınca qaçmağa məcbur edər.

Hiperaktiv uşaqlar eyni zamanda 2 işi görməyi xoşlayırlar. Məs: televizora baxaraq dərs oxumaq. Bu uşaqlarda beyin o qədər sürətlə işləyir ki, davamlı yeni informasiya almağa meyillənirlər. Oğlanlarda impuulsivlik (qəfləti hərəkət və söz) qızlarda diqqət dağınıqlığı ilə müşayiət olunur.

Hər hərəkətli uşağa hiperaktiv demək olmaz. Yəni bir çox sahədə əlamətlər dəyərləndirilib daha sonra qərar verilməlidir.

Ailələrin diqqət əskikliyi və hiperaktivlik haqqında az məlumatlılığa bağlı olan yanlış fikirləri vardır. Bu da müalicəyə uyğunlaşmaqda problem yaradır.

Vaxtında müalicə edilməzsə 18 yaşından sonra nevroz, özünə inamsızlıq, yaddaş pozuntusu ilə nəticələnir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.