Psixiatriya

25.01.2017Sağlamlıq məqalələri

İnsomnia yuxusuzluq xəstəliyidir

İnsomnia yuxusuzluq xəstəliyidir. Yuxusuzluq xəstəliyinin gec yuxuya getmə, tez oyanma kimi əlamətləri vardır.

İnsomnianın iki növü vardır

Birinci növ insomnia: Bu tip insomnia başqa xəstəliklərlə bağlı deyildir. Stress, səyahət, gərgin iş rejimi insomniaya səbəb ola bilər. Bu problemlər aradan qalxsa da, yuxusuzluq adət halını aldığına görə davam edə bilər.

İkinci növ insomnia: Bu növ insomnia xəstəliklərlə birbaşa bağlıdır. Məsələn: xroniki artrit, baş ağrısı, dərmanlar, spirtli içkilər, kofein kimi səbəblər insomniaya səbəb ola bilər.

Yuxusuzluq uzun müddət davam etdiyində həkim tərəfindən tövsiyə edilmiş preparatlarla müalicə edilir.

Yuxusuzluq vaxtında müalicə edilmədiyində böyük fəsadlara yol aça bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.