Diabetik ayaq şəkər xəstələrində yaranan və uzun müddət sağalmayan
Diabetik ayaq şəkər xəstələrində yaranan və uzun müddət sağalmayan yaralardır.
Bu yaralar ayaq sinir uclarının zədələnməsindən və ya ayaq damarlarının tutulmasından yarana bilər.
Diabetik ayaq yarası olan xəstələrdə ayaq damarlarında tutulma olmağını yoxlamaq vacibdir. Rəngli doppler müayinə bunun üçün uyğundur.
Əgər damar tutulması varsa bu tutulmalar aradan qaldırılmadan yaranın sağalması mümkünsüzdür. Bu damarların açılması yaranın sağalmağına kömək edəcək və yaraların səbəb olacağı ayağın kəsilmə riskini (amputasiya) azaldacaqdır.
Diabetik ayaq yaralarında ən əsas problem bu xəstələrdə damar tutulması ola biləcəyinin düşünülməməsi və damarların müayinə olunmamasıdır.

