Əl gigiyenası çox vacibdir
Əl gigiyenası çox vacibdir. Çünki əllərimizdə çoxlu sayda mikro orqanizm vardır. Əl ilə mikro orqanizmləri ətrafa sürətlə yaymaq mümkündür. Əsasən ictimai yerlərdə, nəqliyyat vasitələrində (avtobus, taksi, metro,) pul, qapı dəstəklərində mikroblar, bakteriyalar daha çoxdur.
Əllərin yuyulması vacibdir
- Ayaq yolundan istifadədən sonra
- Yemək yeməzdən və yemək hazırlamadan əvvəl
- Kirli qidalara, ət, toyuq, tərəvəz, göyərti, meyvəyə toxunduqdan sonra
- İşdən evə gəlməzdən əvvəl, evə gəldikdən sonra
- Asqırdıqdan və öskürdükdən sonra
- Bədəndəki hər hansı kəsik və ya yara ilə təmasdan sonra
- Gözə və üzə toxunmazdan əvvəl
- Hər hansı dərman, inyeksiyadan əvvəl
- Heyvanları sığalladıqdan sonra
- Xəstə insanlarla görüşdükdən sonra
- Pul saydıqdan sonra
- Zibil atdıqdan sonra
Qeyd olunan zamanlarda əllərin yuyulması sağlamlıq üçün atılmış vacib addım rolunu oynayır.

