Yaxın keçmişdə ayaq damarlarında varikoz diaqnozu ağır xəstəlik
Yaxın keçmişdə ayaq damarlarında varikoz diaqnozu ağır xəstəlik olaraq qalmaqda idi və cərrahi müalicəsi əməliyyat sonrası uzun müddətli reabilitasiya müddətini artırırdı. Ancaq son 10 ildə varikozun inqilabi müalicə metodu yarandı və bu üsul bütün dünyada son illərin ən aktual müalicə üsuluna çevrildi.
Bu prosedur ağrısız və kəsiksiz – endovenoz radiofrekans ablasiya metodudur. (VNUS).
Prosedur zamanı USM vasitəsi ilə damarın vəziyyəti bir daha dəyərləndirilir. Dizə yaxın bir nahiyədən dərialtı venadan heç bir kəsik etmədən iynə ilə daxil olunur. Radiofrekans ablasiya kateteri venanın dərin damarlara birləşdiyi nöqtəyə qədər yeridilir. Daha sonra isə venaya kateter vasitəsi ilə radifre 120 °C istilik verilir və damar içindən yandırıldırılır, nəticədə damar büzülərək bağlanır,kateter geri çəkilir. Ablasiyadan sonra bağlanan damarlar müəyyən bir müddət ərzində tamamilə itir. Əməliyyatın müddəti ümumilikdə 30-45 dəqiqə davam edir. Əməliyyatdan 3-4 saat sonra xəstə evə göndərilir. Əməliyyatdan 1 gün sonra xəstə normal həyatına davam edir.
Endevenoz Radiofrekans Ablasiyanın (VNUS) üstünlükləri aşağıda qeyd olunanlardır
- Kəsiksiz ve ağrısız olması - Prosedurun az vaxtı əhatə etməsi
- Ümumi anesteziyadan daha çox yerli anesteziyadan istifadə olunması
- Əməliyyatdan sonra xəstənin normal həyatına davam etməsi


