Kor bağırsaq nazik bağırsaqla yoğun bağırsağın birləşdiyi yerin
Kor bağırsaq nazik bağırsaqla yoğun bağırsağın birləşdiyi yerin altında 7 sm-lik bağırsaq çıxıntısıdır. Apendisit bir bakteriya iltihabıdır və 10-30 yaş arası insanlarda daha çox rast gəlinir.
Apendisit kor bağırsağın üzərində apendisin adlanan hissənin iltihablaşması nəticəsində yaranan və şiddətli ağrılarla özünü büruzə verən infeksiyon xəstəlikdir. Apendiks perforasiyası və ya dəlinməsi həyati təhlükə daşıyır buna görə də xəstənin az bir müddətdə xəstəxanaya aparılması vacibdir.
Apendisitin əlamətləri aşağıdakılardır
- Qarın ağrısı
- Qasıqda ağrı
- Ürək bulanması
- Qusma
- Hərarət
- İştahasızlıq
Müalicəsi əməliyyat vasitəsilə həyata keçirilir.

