Qrip qış mövsümündə ən çox rastlanılan xəstəlikdir
Qrip qış mövsümündə ən çox rastlanılan xəstəlikdir. Aşağıda qeyd olunanları gün ərzində tətbiq etməklə qripdən qoruna bilərsiniz:
Tez-tez əlləri yumaq;
Düzgün qidalanmaq;
Düzgün yuxu rejimi
Stressdən uzaq olmaq;
8 stəkan su içmək;
İdmanla məşğul olmaq və ya 40 dəqiqə açıq havada gəzmək;
Əgər qripə tutulmuşsunuzsa, sağalanadək evdə dincəlin. Asqırdığınız və öskürdüyünüz zaman üzünüzü əlinizlə deyil, qolunuzla tutun. Bu xəstəliyin yayılmasının qarşısını alacaq.
Əgər qrip bir həftədən çox müddət davam edirsə, həkimə müraciət etməyiniz vacibdir.

