Qastroenterologiya və hepatologiya

27.02.2017Sağlamlıq məqalələri

Müxtəlif xəstəliklərə və səbəblərə bağlı olaraq qaraciyər zədələnir

Müxtəlif xəstəliklərə və səbəblərə bağlı olaraq qaraciyər zədələnir. Bu zədələnmələr davamlı olaraq davam edərsə, qaraciyərdə bərpası olmayan dəyişikliklər yaradır. Zaman keçdikcə, qaraciyər sərtləşir, kiçilir və funksiyasını yerinə yetirmir. Bu dəyişikliyə sirroz deyilir.

Qaraciyər sirrozunun fərqli səbəbləri vardır. Ən çox yayılmış səbəbləri aşağıdakılardır

  • Viral infeksiyalar (Hepatit B,C)
  • Spirtli içki
  • Toksiki maddələr (tibbi və ya bitki tərkibli dərmanlar)
  • Öd sistemində yaranmış problemlərin qaraciyərə təsiri
  • Artıq çəki, diabet
  • Avtoimmun proseslər

Erkən dövr sirrozda əlamətləri aşağıdakılardır

  • Həddən artıq halsızlıq, yorğunluq
  • Yuxulu olma
  • Gözlərdə və sidikdə saralma
  • Qaşıntı
  • Anemiya

Gecikmiş dövr sirrozun əlamətləri

  • Qan qusma
  • Qarın boşluğuna maye toplanması
  • Bədəndə tez-tez göyərmələr yaranması və qanaxma meyilliyi
  • Sidiyin tünd rəngdə olması
  • Huşun özündə olmaması
  • Koma
  • Sarılıq
  • Böyrək çatışmazlığı
  • Qaraciyər xərçəngi

Qaraciyər sirrozunun yaranmaması üçün vaxtında müayinədən keçmək vacibdir. Əgər qaraciyərdə hər hansı problem aşkarlanarsa, vaxtında müdaxilə edilməlidir

Sirrozun son mərhələsində qaraciyər çatışmazlığı yaranır. Xəstəliyin bu mərhələsində tək müalicəsi qaraciyər köçürülməsidir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.