Astiqmatizm göz büllurunun və ya gözün buynuz qişasının işığı doğru
Astiqmatizm göz büllurunun və ya gözün buynuz qişasının işığı doğru şəkildə qırmaması nəticəsində təsvirin gözün torlu qişasında bulanıq olaraq yaranmasına səbəb olan görmə qüsurudur.
Göz bülluru və ya gözün buynuz qişasının əsasən yuvarlaq olur, ancaq astiqmatizm xəstəliyində göz bülluru və ya gözün buynuz qişası ellips şəklində olur. Bunun nəticəsində fərqli bucaqlarda fərqli təsvirlər yaranır.
Astiqmatizm ilk mərhələlərdə müəyyən edilməsi vacibdir. Gecikdirilmiş müalicə effektiv nəticə verməyə bilər. Xüsusilə uşaqlarda göz tənbəlliyi yaradır.
Uşaqlarda əlamətlər
- Gözləri qıyaraq baxma
- Oxuyan zaman həddən artıq yaxınlaşmaq
- Uşaqlarda xəttin səliqəli olmaması
- Uşaq qarşıya baxarkən başın yana doğru əyilməsi
Yetkin insanlarda əlamətlər
- Bulanıq görmə
- Baş və göz ətrafında ağrı
- Oxuma zaman diqqət dağınıqlığı
- Gözlərin tez yorulması
Astiqmatizm müalicəsi əsasən eynək, linza və əməliyyatla aparılır.

