Yaxını aydın, uzağı bulanıq görmə miyopiya adlanır
Yaxını aydın, uzağı bulanıq görmə miyopiya adlanır. Miyopiya bir xəstəlik deyil, eynək və ya linza ilə tənzimlənən fokuslanma qüsurudur.
Miyopiya genetik olur. Ana və ya atada miyopiya vardırsa, uşaqda da yaranma ehtimalı böyükdür. Mütəmadi olaraq oxumaq, kompüterin qarşısında çox oturmaq, yaxın məsafədən baxılaraq görülən işlər, stress miyopiyanın yaranmasının risk faktorları olaraq düşünülür. Diabet və ya katarakta problemləri olan insanlarda sonrakı dövrlərdə miyopiya yarana bilər.
Miyopiya 3 yerə ayrılır
- Aşağı dərəcəli miyopiya: -3,5-ə qədər
- Orta dərəcəli miyopiya: -3,5-dən -6,00-ya qədər
- Yüksək dərəcəli miyopiya: -6,00-dan daha çox
Müalicəsi xüsusi eynəklər və linzalarla edilir. Eynək və linzaların köməyi ilə görmə qüsurunun qarşısı alınır.

