Artroskopiya - dayaq hərəkət sistemi xəstəliklərinin diaqnostika və
Artroskopiya - dayaq hərəkət sistemi xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq edilən ən müasir metodlardan biridir. Artroskopik cərrahiyyə yarım santimetrlik 2 kiçik dəlik vasitəsilə həyata keçirilir. Artroskopiyada istifadə edilən alətlər qələm incəliyində olur.
Diz artroskopiyası diz oynağının qığırdağının, ön və arxa çarpaz bağlarının, içəri və bayır menisklərin, diz qapağı qığırdaq və bağlarının xəstəliklərində qapalı və miniaçıq əməliyyatlarının aparılmasında tətbiq edilən cərrahi bir metoddur.
Əməliyyat müddəti ortalama 30 dəqiqə ilə 3 saat arasında dəyişir.
Əməliyyat çox hallarda spinal anesteziya deyilən ``beldən ağrısızlaşdırmaqla`` aparılır. Çox nadir hallarda ümumi anesteziya (narkoz) edilir.
Artroskopik cərrahiyyədə oynaq hərəkətlərini təmin edən sağalması çətin, ağrılı əzələ və kapsul kimi toxumalara toxunulmadığı üçün əməliyyat sonrası diz hərəkətləri ağrısız və rahatdır. Ayrıca əməliyyat yarası kiçik və qanama olmadığına görə sarğı edilməsinə ehtiyac qalmır. İnfeksiya riski də açıq cərrahiyyəyə görə azdır.
Qeyd edək ki, xəstəxanamızda bütün növ artroksopik əməliyyatlar həkim ortoped-travmatoloqlar tərəfindən uğurla icra olunmaqdadır.
