Kompüter tomoqrafiyası (KT) – daxili orqanların, sümüklərin, yumşaq
Kompüter tomoqrafiyası (KT) – daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur.
Kompüter tomoqrafiyasının keçirilməsi üçün göstərişlər ağ çiyərin, divarlıqarası orqanların, baş və onurğa beyinin, boyun və magistral damarların, BBQ-orqanların, onurğa sütununun, qara ciyərin, böyrəklərin, mədəaltı vəzin, kiçik çanaq orqanlarının və digər, ilkin müayinə üsulları ilə aşkarlanmadan sonra daha təfərruatlı müayinənin aparılmasını tələb edən, patologiyalarının mövcudluğudur.
Hamiləliyin istənilən dövrü kompüter tomoqrafiyasının keçirilməsinə əks göstərişdir. Azyaşlı uşaqlara KT yalnız digər müayinə metodları tətbiq oluna bilmədiyi hallarda təyin edilir.
Radiologiya Mərkəzimizdə beynəlxalq standartlara cavab verən müasir KT aparatının köməyi ilə tez bir zaman ərzində, minimum şüalanma ilə keyfiyyətli və aydın görüntüləri əldə edə bilərsiniz.


