Plazmaforez-müasir köməkçi müalicəvi üsulundan tibbdə çox geniş
Plazmaforez-müasir köməkçi müalicəvi üsulundan tibbdə çox geniş istifadə olunur.
Plazmaforez müxtəlif xəstəliklərin və pozulmaların müalicəsi zamanı köməkçi vasitə kimi (əsas müalicə ilə yanaşı) istifadə oluna bilər. Plazmaforezin mənası ondan ibarətdir ki, xüsusi apparatın köməyi ilə qan bakteriya, virus, müxtəlif anticisimlər, autoimmin komplekslər, toksinlər, şlaklar və orqanizmin fəaliyyəti nəticəsində əmələ gələn parçalanma məhsulları ziyanlı maddələrdən təmizlənir. Həmçinin plazmaforezin nəticəsində qanın laxtalanması, hemodinamika (qanın damarlar və kapilyarlarla hərəkəti) yaxşılaşır ki, bunun nəticəsində orqanizmin qan dövranı və bütün orqanların fəaliyyəti yaxşılaşır, orqanizm təmizlənir və cavanlaşır.
Lakin, unutmayaq ki, plazmaforezin bütün bu gözəl xüsusiyyətlərinə baxmayaraq, bu müalicəvi prosedurdur, və bu prosedurun da müəyyən əks-göstərişləri və yanaşı təsirləri mövcuddur. Bu səbəbdən plazmaforez yalnız həkim tərəfindən və yalnız bu prosedura ciddi zərurət yarandıqda xəstəyə təyin oluna bilər.
Qeyd edək ki, İcbari Tibbi Sığorta ilə Plazmafarez prosedurunu xəstəxanamızda tam ödənişsiz şəkildə keçə bilərsiniz.
Xidmətdən yararlanmaq üçün
- Vətəndaş dövlət tibb müəssisəsinə müraciət etməli
- “Xidmətlər zərfi” çərçivəsində “Göndəriş vərəqəsi” əldə etməli
Bu göndərişlə Gəngə Beynəlxalq Xəstəxanasına müraciət etməli.

