Elastometriya qaraciyərin elastikliyini ölçən, qeyri-invaziv və
Elastometriya qaraciyərin elastikliyini ölçən, qeyri-invaziv və ağrısız müasir diaqnostik müayinə üsuludur. Bu metod vasitəsilə qaraciyərdə fibroz və sərtləşmə dərəcəsi qiymətləndirilir.
Elastometriya əsasən aşağıdakı hallarda tövsiyə olunur
- Hepatit B və C
- Qaraciyər piylənməsi (steatoz)
- Siroz şübhəsi
- Uzunmüddətli dərman qəbulu
- Metabolik pozuntular
Müayinə qısa müddətdə aparılır, xüsusi hazırlıq tələb etmir və biopsiyaya alternativ kimi istifadə oluna bilər. Elastometriya müayinəsi həkim-radioloq tərəfindən həyata keçirilir, əldə olunan nəticələr isə hepatoloq, qastroenteroloq tərəfindən qiymətləndirilir.
Erkən diaqnoz - düzgün müalicənin əsas şərtidir.
Qaraciyər sağlamlığınızı vaxtında yoxlayın.

